Menu
Geri İrəli

Sumqayıtda ekoloji aksiya keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2014 • Baxış sayı: 527 dəfə • Şərh yoxdur
Share Button

Ətraf mühitin təmizliyinə həsr olunmuş “Təmiz çevrə” başlıqlı ekoloji aksiya

ekoloji aksiya4Qızıl Aypara  Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova “Təmiz çevrə” başlıqlı ekoloji aksiyada tədbir istirakcılarını salamlamış , aksiyanın vacibliyi barədə iştirakcılara məlumat vermisdir.  Tədbirin məqsədinin Sumqayıt şəhər bölməsi, könüllüləri, yerli KİV-nin nümayəndələri əvvəlcədən müəyyən olunmuş ərazilərin tullantılardan təmizləməklə yerli ictimaiyyətə müəyyən mesajlar vermək olduğunu bildirmişdir.Tədbirdə Respublika Qızıl  Aypara Cəmiyyətinin vitse prezidenti Qafar Əsgərzadə, icracı katib Bayram Vəliyev, “Şərq İqlim formu”nun kordinatoru Ceyhun Mirzəyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçiləri, “Azərikimya” İB-nin əməkdaşları  və digər qonaqlar iştirak etmişlər.

Aksiyada əvvəlcədən təmizlik nəzərdə tutulan ərazidə QAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri, Sumqayıt Dövlət Universiteti, Elitlen-Politilen zavodu, Təmir-tikinti İdarəsi və Təmizlik Deportamenti ilə təmizlik işləri aparildi. Sonra isə Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzinin “Tullantıdan İncəsənətə” mövzusunda kecirilən əl işləri ilə tanış oldular.

Qonaqlar çay süfrəsi ətrafında günün mövzusu barədə müzakirələr apardılar və aksiyada fərqlənən iştirakçılar Respublika Qızıl Aypara Cəmiyyəti tərəfindən təqdim olunan Təşəkkürnamələrlə təltif olundular. Sonda xatirə şəkilləri çəkdirildi.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın