Menu
Geri İrəli

Sumqayıtda ekoloji forum başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2010 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Şəhər Təhsil Şöbəsi ilə birgə I Şəhər Ekoloji Forumu başlayıb. Bu barədə Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

32165Forum çərçivəsində Sumqayıt şəhər ümumtəhsil məktəbliləri arasında «Ekologiya və ətraf mühitin qorunması, təbiət bizim sərvətimizdir» rəsm sərgisi, «Tullantıların ikinci həyatı» sərgi-müsabiqəsinin, «Ekologiya və elmi-texniki tərəqqi» mövzusunda inşa müsabiqəsi keçirilib.

I Şəhər Ekoloji Forumun məqsədi ekologiya və təbiətin mühafizəsi sahəsində müxtəlif təşkilatlar arasında təcrübə mübadiləsi, əməkdaşlığın inkişafı və gücləndirilməsi, şəhərin ekoloji problemlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək, bu sahədə vətəndaş məsuliyyəti və təşəbbüskarlığını artırmaqdır. Forumun vəzifələri gənc nəslin yaradıcılıq qabiliyyətinin inkişafı, ekologiya sahəsində onların bilik səviyyəsinin artırılması üçün müxtləlif müsabiqələrin təşkili, məktəblilərin ekoloji sahədə maarifləndirilməsi, onlarda ekoloji mədəniyyəti artırmaq, tarixi, mədəni, təbii miras və ümumbəşəri dəyərlərə gənc nəslin qayğı və hörmətinin artırılması, şəhərin bəzi ekoloji problemlərinin həllinə gənc nəsli cəlb etmək və məişət tullantılarının təhlükəsiz istifadəsi ilə bağlı məktəblilərin biliklərinin artırılmasından ibarətdir. trend.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın