Menu
Geri İrəli

Sumqayıtda elektrik enerjisi istehlakı azalıb

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Avqust 2014 • Baxış sayı: 410 dəfə • Şərh yoxdur

sumqayot-elektrikBu ilin iyul ayında müəssisədə 73,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunub. Bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə, təxminən 1,4 milyon kilovat-saata yaxın azdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 14,5 milyon kilovat-saata yaxın olub. 

 “Qafqazinfo” xəbər verir ki, nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,4 milyon kilovat-saata yaxın artıb. Bu ilin 7 ayında isə müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 22,4 milyon kilovat-saatdan çox azalaraq, təxminən 535,8 milyon kilovat-saata yaxın olub. Daimi əhali istehlakçı qrupu üzrə 139,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib.

Müəssisədə keçirilmiş reydlər zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar aşkarlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın