Menu
Geri İrəli

Sumqayıtda Əmək yarmarkası keçiriləcək

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 20 Noyabr 2014 • Baxış sayı: 393 dəfə • Şərh yoxdur

b0c4c763-e239-4e17-a23e-0ff6da27d639_292

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sabah – noyabrın 21-də saat 10:00-da Sumqayıt şəhərində işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkası keçiriləcək. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin iştirakı da təmin olunacaq. Tədbir zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək, habelə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılacaq.Yarmarka Sumqayıt Dövlət Universitetinin foyesində təşkil olunacaq.Qeyd edək ki, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən respublikanın 53 şəhər və rayonunda əmək yarmarkaları keçirilib və yarmarkalarda ümumilikdə 1961 müəssisə tərəfindən 16781 boş (vakant) iş yeri təqdim olunub. Bu tədbirlər nəticəsində 4 833 nəfər işsiz və işaxtaran vətəndaşa boş iş yerlərinə göndəriş verilib və onların 80%-i münasib iş yerləri ilə təmin olunub. Həmçinin 419 nəfər peşə hazırlığı kurslarına, 250 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib. Habelə ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirlərində 470 müəssisə üzrə 4089 boş (vakant) iş yeri təqdim olunub, 669 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib, 2 824 nəfər məzun və tələbənin şəxsi məlumatları (CV) qəbul olunub, 182 nəfər peşə hazırlığına cəlb olunmaq üçun qeydiyyata alınıb.

Mənbəə: Report.az saytı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın