Menu
Geri İrəli

Sumqayıtda əmək yarmarkası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2016 • Baxış sayı: 962 dəfə • Şərh yoxdur

1464179087_14641722053556541117_1000x669Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq bir sıra mühüm tədbirlər təşkil olunur. Belə tədbirlər çərçivəsində mayın 25-də Sumqayıt Dövlət Universitetində (SDU) məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti əmək yarmarkası keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Sumqayıt şəhər Dövlət Məşğulluq Mərkəzinin direktoru İlham Hüseynov dövlət tərəfindən gənclərin fəaliyyəti üçün yaradılmış geniş imkanlar sayəsində müasir gəncliyin cəmiyyətin ən qabaqcıl qüvvəsinə çevrildiyini bildirib. Qeyd edib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi gənclərin məşğulluğunun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Belə tədbirlərin keçirilməsində məqsəd dövlət məşğulluq strategiyasına uyğun olaraq, gənclərin əmək bazarına çıxış imkanlarına yiyələnməsinə və onların uğurlu əmək karyerasına doğru ilk addımlarını atmalarına dəstək olmaqdır.

Yuxarı kurslarda təhsil alan tələbələrlə, xüsusən əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən növbəti yarmarkada 7-si dövlət, 10-u özəl sektor, 1-i xarici şirkət olmaqla, 36 müəssisə və təşkilat tərəfindən 286 vakant vəzifə təqdim olunub. Yarmarkada Sumqayıt Təhsil Şöbəsi, “Azərikimya” İstehsalat Birliyi, Sumqayıt Texnologiyalar Parkı, “Gilan Tekstil Parkı”, “Atəşgah sığorta”, “BASF Kaspian Yapı Kimyasalları Sənaye” MMC, Sumqayıt Qaz İstismar Sahəsi, Karbamid zavodu, Kağız və Karton İstehsalı Kombinatı, “Mətanət-A” şirkəti, “Azbentonit” MMC və digər şirkətlər iştirak edib.

Tələbə və məzunlar işə qəbul olunmaq istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın