Menu
Geri İrəli

Sumqayıtda Etilen-polietilen zavodu ərazisində mülki müdafiə təlimi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2015 • Baxış sayı: 618 dəfə • Şərh yoxdur

«Azərikimya» İstehsalat Birliyinin “2015-cü il üçün mülki müdafiə tədbirləri planı”na və ARDNŞ-nin müvafiq göstərişinə uyğun olaraq 1 mart – Ümumdünya Mülki Müdafiə günü münasibətilə Etilen-polietilen zavodunun ərazisindəki meydançada “Mülki müdafiə və baş verə biləcək fəlakətlərin qarşısının alınmasına hazırlıq, həmçinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda obyekt mülki müdafiə təlimi keçirilmişdir. «Azərikimya» İB-nin Etilen-polietilen zavodunun və Təmir-tikinti idarəsinin Fövqəladə hallar komissiyasının və mülki müdafiə qərargahının üzvlərinin, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin bir xilasedici manqasının, Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin 15 saylı yanğından mühafizə hissəsinin şəxsi heyətinin, “Etalon Security” MMC-nin 20 nəfərlik mühafizə qrupunun iştirak etdiyi, həmçinin “Kimyaçı” poliklinikasının və təcili tibbi yardım stansiyasının tibbi yardım briqadalarının və ARDNŞ-nin Nəqliyyat departamentinin 1 saylı nəqliyyat sahəsinin maşın-mexanizmlərinin cəlb olunduğu təlimin birinci hissəsində iştirakçıların istifadəsində olan əmlak və avadanlıqlara baxış keçirilmiş, şəxsi heyətin xidməti vəzifələri ilə bağlı bilikləri yoxlanılmış, rəy və təklifləri dinlənilmiş, onlara mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı təlimatlar verilmişdir.

Tədbirin ikinci hissəsi Etilen-polietilen zavodunun Mütləqləşdirilmiş izopropil spirti sahəsində baş vermiş şərti texnogen qəza ilə bağlı həyəcan siqnalının verilməsi ilə başlamışdır. İlkin olaraq mühəndis kəşfiyyat qrupu tərəfindən qəza baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra xilasetmə manqaları tərəfindən xəsarət alanların xilas edilməsi, təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi əməliyyatı yerinə yetirilmişdir. Sonra isə elektrik naqillərində qısa qapanma nəticəsində baş vermiş şərti yanğının yayılmasının qarşısının alınaraq söndürülməsi və işçilərin maksimum mühafizə olunması kimi tapşırıqlar icra olunmuşdur.

Təlim boyunca kimya müşahidə nəzarəti labararoriya şəbəkəsi tərəfindən ərazidə davamlı müşahidələr aparılmış, götürülmüş nümunələrin nəticəsi ilə qərargah məlumatlandırılmışdır. Müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq keçirilən və iştirakçıların kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirməsi ilə müşayiət olunan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.

1425290763_11023428_902906726428692_215524943_o 1425290842_11022856_902906736428691_780512514_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın