Menu
Geri İrəli

Sumqayıtda evi başına uçurulan məcburi köçkündən Mehriban Əliyevaya müraciət – MƏTN

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2015 • Baxış sayı: 666 dəfə • Şərh yoxdur

evSumqayıt şəhəri, Yaşıl dərə 76-cı məhəllədə məskunlaşmış, Laçın rayonu Qarakeş kəndindən məcburi köçkün Həmidova Samirə Həmid qızı cumhuriyyet.az-a müraciət edərək Sumqayıt şəhər Memarlıq İdarəsinin əməkdaşı Kənan adlı şəxsin özbaşnalığından şikayətlənir. Köçkün soydaşımız bizim vasitəsi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Xanım Əliyevaya müraciət edir. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Laçın rayonu Qarakeş kəndindən məcburi köçkün olaraq Sumqayıt şəhəri, Yaşıl dərə 76-cı məhəllədə dəmir butkada məskunlaşmışam. Biz bura köçkün gəlib məskunlaşarkən heç işıq xətdi, su yox idi. Güc-bəla ilə qəpik-qəpik yığaraq yaşadığımız butqanın qabağından 3×2-yə bir otaq tikib mətbəx kimi istifadə edirdim.
Sumqayıt şəhər Memarlığından Kənan adlı birisi gəlib məndən yaşadığımız yerin qanunsuz olduğunu bildirdi. Yaşağımız yerin sənədləşdirilməsi ilə əlaqədar bizə bildirdi. 3.000 (üç min) manat məndən pul istədi. Mənim isə məcburi köçkün olduğundan imkan olmadı. Banka girib həmin sənədləri almaq üçün pul istədim. 2.500 (iki min beş yüz) manat pul götürdüm.
Övladım xəstə olduğu üçün 1.000 manatını ona xərclədim. Avqust 2014-cu ildə 1.500 manatı isə Kənana ödədim. İmkanımın olmadığını bildirdim. O isə bundan sonra 1.000 manatda tələb etdi. Mənim maddi imkanım olmadığını bir daha bildirdim. Mənim qaçqın olaraq himayəmdə xəstə övladımın olmasını, heç bir yerdə işləmədiyimi nəzərə almayan Kənan 10 mart 2015-ci il tarixdə ekskovator və traktorla bizə xəbər etmədən, bildiriş vermədən həyətimə göndərmiş faşistcəsinə canlı-canlı kiçik komamı dağıtdılar.
Nəzərinizə çatdırım ki, biz Laçın rayonundan məcburi köçkün olaraq gələndə heç ermənilər bu cür faşistlik etməmişdilər. Mən həyətimdə göyərti əkib sataraq çətinliklə də olsa övladlarımı böyütmüşəm. Dövlət tərəfindən mənə heç bir yardım olunmamışdır. Mənim evim dağıdılarkən evdə olan 3 azyaşlı qardaşım uşaqları var idi. Həmin zaman mən onlara bildirdim ki, evimi dağıtmayın. Bir neçə günə banka girib yenidən pul tapıb verərəm. Onlar mənimlə razılaşmadılar və bildirdilər ki, Kənan göstəriş verib, icra etməliyik.
Çox yalvardım mənim yalvarışlarıma fikir vermədilər. Gözlərmin qarşısında zəhmətlə qəpik-qəpik qazanaraq tikdiyim evimi uçurtdular. Hadisə baş verən zaman mən bayılmışam. Müsəlmançılığa yaraşmayan hərəkət edərək, heç təcili yardımda çağırmamışlar. Mənə bir sözlə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. İki maşından çox daşımı oğurlayıblar. Bir sözlə Sumqayıt şəhərində özbaşınalıq baş alıb gedir.
Hörmətli Mehriban xanım, mən 11 mart 2015-ci il tarixdə yenidən Sumqayıt şəhər Memarlıq İdarəsinə getdim. Kənana bildirdim ki, niyə belə etdin? Biraz səbirli olardın pulunu bankdan götürüb verəcəkdim. Kənan da mənə bildirdi ki, artıq gecdi, o evdən çıx. O mənə dedi ki, sənin sübutun yoxdu, mənə heç nə edə bilmərsən. Mən isə dedim ki, biz sahibsiz deyilik, bizim Prezidentimiz var. O isə yenidən bildirdi ki, mənə heç kim heç nə edə bilməz. Kimə istəyirsən şikayət et. Burada qanunsuz məskunlaşıbsınız. Əslində biz burada 20 ildən çoxdur ki, məskunlaşmışıq.
Hörmətli Mehriban xanım, Siz bir çox insanlara humanistlik etmisiniz. Kimsəsiz, imkansız, məcburi köçkün ailələrinə dəstək olmusunuz. İnanıram ki, bizim ailəmizə də köməklik edəcəksiniz.
Odur ki, yuxarıda yazdıqlarımı, nəzərə alıb Sizdən xahiş edirəm ki, maddi durumumun ağır olmasını, məcburi köçkün olmağımı, himayəmdə xəstə olan övladımın olmasını nəzərə alıb mənə qarşı törədilmiş haqsızlıqlara görə Sumqayıt şəhər Memarlıq Şöbəsinin işçisi Kənan və yaşadığım evin dağıdılması ilə əlbir olan hər bir şəxs barəsində ciddi və qanuni tədbir görülməsi üçün tapşırıq verəsiniz. Mənə dəymiş maddi və mənəvi ziyan olaraq 10.000 pulun alınaraq mənə ödənilməsi ilə əlaqədar öz köməkliyinizi əsirgəməyəsiniz.”

rr

tt

yy

Facebook Şərhləndirmə:

Şərhinizi yazın