Menu
Geri İrəli

Sumqayıtda “Fəal Gənclər və Effektiv Bələdiyyə Xidmətləri Layihəsi”nin təqdimatı keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2013 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur

Bu gün  Sumqayıt şəhərində yerləşəm “Park” Restoranda Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabr 2013-fevral 2014-cü il tarixlərində həyata keçirilən “Sumqayıt şəhərində fəal gənclər və effektiv bələdiyyə xidmətləri” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə layihədə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt şəhər Bələdiyyəsinin, şəhərin müxtəlf gənclər təşkilatları, yerli KİV nümayəndələri, layihədə iştirak edəcək gənclər və şəhərin ictimai fəal gəncləri iştirak etmişdir. Tədbirdə çıxış edən layihənin koordinatoru layihənin məqsədi, vəzifələri və fəaliyyəti haqqında məlumat verərək qeyd etmişdir ki, layihənin başlıca məqsədi Sumqayıt şəhərində bələdiyyə qurumları ilə gənclər təşkilatları və fəal gənclər arasında qəraralma proseslərində əməkdaşlığı gücləndirməkdir. O, layihə çərçivəsində fəal gənclərlə bələdiyyə strukturlarında işləyən gənclərin əməkdaşlığı üçün layihə iştirakçılarına vətəndaşlıq təhsili, ictimai iştirakçılıq, yerli özünüidarəetmə orqanları, strateji planlaşdırma, layihə yazılışı, liderlik, ictimai maraqların qorunması və fandreyzinq mövzularında təlim keçirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Çıxışda qeyd edilmişdir ki, təlimlərdən sonra  bələdiyyə strukturlarında gənclər üçün aktual olan məsələlərlə bağlı strategiyanın və ictimai siyasətin qurulması üçün əməkdaşlığın davam etdiriləcək. Daha sonra Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Ceyhun Hüseynov layihənin əhəmiyyətindən, gənclərin bələdiyyə və ictimai iştirakçılığın artırılmasında Baş İdarənin fəaliyyət istiqamətindən bəhs etmişdir. Çıxışlardan sonra layihənin koordinatoru layihə ilə bağlı sualları cavablandırmışdır. Tədbirdə şəhərin ictimai fəal gəncləri gənclərin bələdiyyələrdə, habelə məhəllə komitələrində iştirakı, habelə bələdiyyə və gənclər arasındakı əməkdaşlıq məsələlərində mövcud problemləri, perspektivləri, görüləcək zəruri fəaliyyətləri müzakirə edərək layihənin bu məsələdə əhəmiyyətini vurğuladılar.

IMG_1927

Facebook Şərhləndirmə:

Şərhinizi yazın