Menu
Geri İrəli

Sumqayıtda faciəvi qəza – 2 ölü, 8 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2013 • Baxış sayı: 242 dəfə • 2 şərh
Sumqayıtda ağır yol qəzası baş verib.  APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 1-də saat 15.00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində qeydə alınıb.
 Soltan Xəlfəliyevin idarə etdiyi “VAZ-2104” və Bakı şəhər sakini Əlixan İbrahimovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə S.Xəlfəliyevin sərnişinləri – oğlu Nihat və atası Məhəbbət hadisə yerində ölüb, xəsarət alan sürücü və digər sərnişinləri – anası Şölə, qızı Əsmər, arvadı Zərinə, habelə İ.Əlixanov və sərnişinləri – Xırdalan şəhər sakinləri Aynur Muradova, Mirzə Muradov və Şərqiyyə Səfərova xəstəxanaya yerləşdiriliblər.
 Faktla bağlı araşdırma aparılır.
Facebook Şərhləndirmə:

“Sumqayıtda faciəvi qəza – 2 ölü, 8 yaralı” yazısına 2 cavab

  1. Orxan deyir:

    Yazmısınız ki, Vaz-2104 ilə Mercedes toqquşub. Amma şəkildəki avtomobil Hyundaydır axı.

  2. Samir deyir:

    Allah Rehmet elesin!

Şərhinizi yazın