Menu
Geri İrəli

Sumqayıtda faciə: burnundan əməliyyat edilən gənc niyə öldü?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Yanvar 2014 • Baxış sayı: 1,470 dəfə • Şərh yoxdur

hekimBurun çəpərindən əməliyyat olanan 32 yaşlı Seymur Zəkiyevin bir ay sonra vəziyyəti ağırlaşdığından o dərhal 1 Saylı Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ancaq cəmi 3 gün orada müalicə ala bilib.

Həkimlər onun dərdini tam müəyyən etməmiş Seymur canını tapşırıb. Mərhumun yaxınları anspressə belə deyirlər. Onların fikrincə, 2 uşaqatasının belə vaxtsız vəfatında həkimlər günahkardır.

Mərhumun qardaşı Elşən Zəkiyev: “Səhər gətirdik. Axşam gəlmişdik yanına, danışırdı. Əməlli-başlı gəzirdi. Həmin günün səhəri bizdən bir nəfər getmişdi onun yanına, görüb ki, yıxılıb yerə, başının üstündə tibb bacısı da yoxdur. Qışqır-bağır 9 nəfər güclə tutub sistem köçürtdülər. Güclə sakitləşdirdilər”.

Mərhumun atası Nəsrulla Zəkiyev: “Axırıncı variant bu oldu ki, bilmirdilər onun xəstəliyi nədir? Mən qərar vermirdim, onun beynindən maye götürməyə. Bunlar 30 qramdan çox su götürüblər. Özü də içi qanlı. Lazım olsa göstərə bilərəm. Onun beynini zədələyiblər”.

Deyir, əvvəl miningit dedilər, sonra isə beyninə qansızma diaqnozu qoyuldu. Mərhumun qohumlarının fikrincə, əgər xəstə beyninə qan sızmadan ölsəydi, bu hal başın tomoqrafiyasında da özünü göstərərdi. Ancaq əvvəlki analizlər təmiz çıxıb. Odur ki, onlar adı çəkilən xəstəxananın baş həkiminin üzə çıxmasını tələb etdilər. Yollandıq 1 Saylı Sumqayıt Şəhər Xəstəxanasına. Baş həkim də əvvəl mərhumun qohumlarına baş sağlığı verdi, sonra isə sözə başladı. Dedi, xəstə ayın 18-i yüksək hərarətlə xəstəxanaya daxil olunub. Vəziyyəti ağır olduğuna görə isə reanimasiyaya yerləşdirilib.

Baş həkim Nazim Hüseynquliyev 168saat.com-a eksklüziv olaraq bildirir: “Diaqnoz xəstədə miningit olmuşdur. Müalicənin gedişində müayinə aparmaq üçün simptanm punkt olmuşdur. Bu zaman qan elementləri aşkara çıxmışdır. Ona görə də xəstəlik diaqnozuna əlavə olaraq koma beyin ölümü diaqnozu qoyulmuşdur”. Baş həkim bildirdi ki, xəstə bir müddət əvvəl ehtimal ki, dalaşıb və burnundan xəsarət alıb. Daha sonra özəl klinikada burundan cərrahiyyə əməliyyatı olub. Bundan sonra bir ay xəstə qizdırma içində olub. Ona ailələrinin tanıdığı hansısa həkim nəzarət edib. Xəstə bizim xəstəxanaya daxil olanda artıq vəziyyəti ağır idi. Yəni koma vəziyyətində idi.

Axırıncı müayinədə onurğadan mayenin düzgün götürülməməsi səbəbindən xəstənin həyatını itirməsi ittihamına da Nazim həkim aydınlıq gətirdi.

Baş həkim Nazim Hüseynquliyev: “Qan olması beyində qansızmanın olmasını göstərən əlamətlərdəndir. Bu da xüsusi bir müayinədir”.
Baş həkim 168saat.com-a bildirdi ki, dünən meyit ekspertiza olunması üçün morqa göndərilib. Ekspertiza da həkimlərin qoyduğu diaqnozu təsdiqləyib. Baş həkim onu da bildirdi ki, xəstənin işi təfdişdə olub. Onun bir müddət əvvə dalaşdığı məsələ ilə bağlı müstəntiq araşdırma aparırmış.

Lakin, şikayətçilərin susmaq fikirləri yoxdur. Odur ki, artıq onlar məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət edib və bu işdə günahı olan həkimin cəzalanmasını istəyirlər. Nə deyirik, təki danışan qanun olsun.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın