Menu
Geri İrəli

Sumqayıtda fəaliyyət göstərən qeyri-islam dini icmalarına maliyyə yardımı ayrılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2015 • Baxış sayı: 583 dəfə • Şərh yoxdur
Share Button

dqidk_090713Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq maliyyə yardımı ayrılan İslam və qeyri-islam dini icmaların siyahısını açıqlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq maliyyə yardımı ayrılan İslam və qeyri-islam dini icmaların siyahısını açıqlayıb.

DQİDK-dan Trend-ə verilən məlumata görə, maliyyə yardımı ayrılan  icmalar arasında Sumqayıtda fəaliyyət göstərən  Sumqayıt şəhəri Molokan ruhani-xristian dini icması və  Sumqayıt yəhudiləri dini icması da var.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın