Menu
Geri İrəli

Sumqayıtda fəaliyyət göstərən “Real” Tibb Mərkəzi fəaliyyətini dayandırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2015 • Baxış sayı: 4,355 dəfə • 1 şərh
realBu gündən etibarən Sumqayıtda yerləşən ən böyük Tibb Mərkəzlərindən biri – “Real” Tibb Mərkəzi işini dayandırıb.
sumqayitxeber.com gencaile.az-a istinadən xəbər verir ki, Mərkəz lisenziya problemi ilə bağlı fəaliyyətini dayandırmalı olub.
Məsələ ilə bağlı müəssisənin baş həkimi Vidadi Əzimovla əlaqə saxladıq.
V.Əzimov  Mərkəzin fəaliyyətini dayandırması ilə bağlı xəbəri təsdiq etdi: “Bəli, bu gündən etibarən “Real” Tibb Mərkəzi fəaliyyətini dayandırır. Səbəb isə lisenziyamızın vaxtının bitməsi və cari təmir işləridir.”
Bu fasilənin nə vaxta kimi davam edəcəyinə gəldikdə isə baş həkim bu suala dəqiq cavab verə bilməyəcəyini bildirdi: “Qeyri-müəyyən vaxta kimi. Bizə də bəlli deyil”.  (gencaile.az)
Facebook Şərhləndirmə:

“Sumqayıtda fəaliyyət göstərən “Real” Tibb Mərkəzi fəaliyyətini dayandırdı” yazısına bir cavab

  1. Real deyir:

    Kohne xeberleri ne vaxt silessiniz?

Şərhinizi yazın