Menu
Geri İrəli

Sumqayıtda ferma yandı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2013 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur

sumqayitxeber.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,  Sumqayıt şəhərində vətəndaşa məxsus ümumu sahəsi 250 kv.m olan donuzçuluq fermasının dam örtüyünün yanar konstrusiyaları 100 kv.m sahədə yanmışdır. Yanğın zamanı fermanın içərisindən 149 baş donuz yanğınsöndürənlər tərəfindən xilas edilmiş, 1 baş donuz tələf olmuşdur. Fermanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasının zirzəmisində 10 p.m elektrik kabelləri yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

yanqin

Facebook Şərhləndirmə:

Şərhinizi yazın