Menu
Geri İrəli

Sumqayıtda fəvvarə əsaslı təmirdən sonra istifadəyə verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2014 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur

fevvareSumqayıtın  Bələdiyyə parkındakı fəvvarəli hovuz yay mövsümü üçün  yenidən qurularaq, şəhər sakinlərinin ixtiyarına verilib

Sumqayıtın  mərkəzində – H.Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının əhatəsidə yerləşən Bələdiyyə parkındakı fəvvarə əsaslı təmirdən sonra yay mövsümü üçün  yenidən şəhər sakinlərinin ixtiyarına verilmişdir.

Bu il 65 illik yubileyi qeyd olunacaq Sumqayıtın şəhər kimi formalaşmağa başladığı ilk günlərdən etibarən sakinlərin ən gözəl, yaşıllıqlara bürünmüş istirahət yeri olan park son illərdə şəhər İcra başçısının dəstəyi ilə Sumqayıt  Bələdiyyəsi tərəfindən abadlaşdırılaraq, daha da cəlbedici olmuşdur. Parkın mərkəzindəki  geniş dairəli hovuzun su şırnaqlarının və şarvari, romantik ovqat bəxş edən fəvvarənin ətrafa yaydığı sərinlik və yaratdığı xoş mənzərə buranın füsünkarlığını daha da artırmışdır. Təsadüfi deil ki, günün axşam saatlarında Bələdiyyə parkı yalnız şəhərin yaşlı sakinlərini və gənc ailələri deyil, gərgin işdən sonra dincəlmək istəyənləri də özünə cəb edir.

Parkda sakinlərə xidmət edən iaşə obyekləri fəaliiyyət göstərir, balacaların ixtiyarına isə onlar üçün maraqlı olan əylənçə qurğu və vasitələri verilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın