Menu
Geri İrəli

Sumqayıtda fırıldaqçı “Novxanı uşaqları” peyda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2013 • Baxış sayı: 490 dəfə • 1 şərh
Share Button

sumqayit-30

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Onlar sizə də yaxınlaşacaq.

Ayrı-ayrı ad altında müxtəlif yollarla pul yığanlara rast gəlmişik. Bir müddətdir ki, Sumqayıtda bir qrup gənc yeni forma tapıblar.

 Özlərini “Novxanı uşaqları”kimi təqdim edən gənclər insanlara yaxınlaşaraq pul istəyirlər. Onların arasında iki gənc xüsusilə aktivdir. “Novxanı uşaqları” şəhərin müxtəlif yerlərində  avtomobillərə və piyadalara yaxınlaşıb, Novxanıdan olduqlarını, “QAİ”nin maşınlarını apardıqlarını və evə qayıtmaq üçün pulları olmadıqlarını deyirlər və nəhayətində 1 manat istəyirlər. İkinci variant isə belədir: “Qızlayam, oturub çay içmişik, üstümdə pul azdır, mümkünsə 1-2 manat ver, üstünü özüm düzəldəcəm.” İkinci versiya əsasən gənclərə yaxınlaşarkən istifadə olunur.

Üzütüklü, arıq cüssəli gənclər barəsində hüuqu-mühafizə orqanlarında da məlumat var. Ancaq bu cür “dilənçiliyin” heç bir hüquqi məsuliyyət verməməsi bu gənclərin saxlanılmasına əsas vermir.

Hər halda, Sumqayıt sakinlərini diqqətli olmağa,”Novxanı uşaqları”na aldanmamağa çağırırıq. Ancaq istənilən halda bu gənclər müvafiq qurumların nəzarətinə götürülməlidir- çünki belələri pul yığmaq imkanları tükənəndə ehtiyyat variantlara- oğurluğa, dələduzluğa və s. keçirlər.

168 saat

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda fırıldaqçı “Novxanı uşaqları” peyda olub” yazısına bir cavab

  1. elman deyir:

    bu caqqallardan birine kimyacilar  sarayinin yaninda 1 manat vermiwem haramlari olsun.

Şərhinizi yazın