Menu
Geri İrəli

Sumqayıtda “Fitnə” bədii sənədli filminin nümayişi olub

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2016 • Baxış sayı: 567 dəfə • Şərh yoxdur

Sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhəri Nəriman Nərimanov adına  mədəniyyət evində Sumqayıt Şəhər İcra Hakimiyyəti  və  Azərbaycan Respublikası  Dini  Qurumlarla İş  üzrə  Dövlət  Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbənin birgə  təşəbbüsü ilə Komitənin sifarişi əsasında  hazırlanmış “Fitnə” bədii sənədli filminin nümayişi olub.

Maarifləndirici xarakter daşıyan filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərindən bəhs  edilir.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini Teymur Səmədov,  DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbənin müdiri Şirin Cəfərov, müəllimlər, din xadimləri, yuxarı sinif şagirdləri, tələbələr iştirak etmişdir.

Sumqayıt Şəhər  İcra  Hakimiyyəti Başçının müavini Teymur Səmədov çıxış edərək dövlət-din münasibətlərini geniş şərh etdi. O, bildirdi  ki, bir  çox müsəlman ölkələrində dini radikalizm zəminində baş verən müharibələr, yaşanan insan faciəsi bizləri narahat  etməyə bilməz. Ona görə də cəmiyyəti  belə  zərərli düşüncələrdən uzaq tutmaq  üçün DQİDK-nin təşəbbüsü ilə ərsəyə gələn “Fitnə” filmi olduqca təqdirəlayiqdir. Natiq, bu filmin bütün təhsil müəssisələrində nümayiş etdirilməsinin vacib olduğunu vurğuladı.

Daha sonra filmə baxış keçirilib və film ətrafında müzakirələr aparılıb.

13319992_1627511697568643_6997317252674188617_n

13335838_1627513817568431_4087228516481731298_n
13342929_1627513400901806_8395887275843237191_n13315614_1627512537568559_7522137528668965912_n

13335921_1627510660902080_9141593491916629859_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın