Menu
Geri İrəli

Sumqayıtda “Fraktal sərgi” layihəsinin təqdimatı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2014 • Baxış sayı: 395 dəfə • Şərh yoxdur

1925398_707424559294124_1260827610_oAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək “Fraktal sərgisi” adlı layihənin təqdimat mərasimi keçirilmişdir. 10 iyul 2014-cü il tarixində tərəfdaş təşkilatların nümayəndələri ilə birgə keçirilən təqdimat mərasimində çıxış edən layihə rəhbəri Səxavət Eminov və qonaqlar qeyd ediblər ki, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsi ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqətin nəticəsidir.

S.Eminov bildirdi ki, layihə Sumqayıt şəhərində icra olunacaq və layihənin məqsədi yeniyetmə və gənclərimizin düşünmə qabiliyətinin, logikanın, diqqətin, yaddaşın, təxəyyülün inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkili, özünü idarəetmə və yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsidir. Sərgi zamanı yeniyetmə və gənclərin əl işlərindən ibarət, özlərində gizli riyazi sirləri və məntiqi əlaqəni birləşdirən fraktal rəsimlər (çizimlər), əl işlərindən ibarət fraktal füqurlar nümayiş olunacaqdır ki, buda gənclərimizin belə rəsimlərə marağını artıracaq və gələcəkdə fraktal sirləri özündə əks etdirən sualların cavabının tapılmasında onlara yardımçı olacaq.
Sonda tərəfdaş təşkilatların nümayəndələri ilə birgə layihə çərçivəsində görüləcək işlər, layihənin məqsədinə nail olmaq üçün müəyyən edilmiş vəzifələrin icrası, görüləcək işlərin ardıcıllığı və gözlənilən nəticələr müzkirə olunmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın