Menu
Geri İrəli

Sumqayıtda futbol festivalı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2013 • Baxış sayı: 184 dəfə • Şərh yoxdur

Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Top ustası” Futbol Festivalı layihəsinin təqdimatı keçirilib.

Təqdimatda jurnalistlər və Festivalın iştirakçısı olacaq komandaların kapitanları iştirak edib. Layihə rəhbəri VüsalMəmmədov bildirib ki, keçiriləcək Futbol Festivalında gənclərin müstəqil olaraq formalaşdırdığı 8 komanda iştirak edir. Olimpiya sistemi üzrə keçiriləcək yarışlara 64 gənc aktiv iştirakçı kimi qatılacaq.

Tədbirdə bildirilib ki, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsi gənclərin asudə vaxtının səmərəli keçirilməsi, eləcə də idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği baxımından olduqca təqdirəlayiqdir.

Daha sonra Festivalın püşkatması olub, bir-biri ilə qarşılaşacaq komandalar müəyyənləşdirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın