Menu
Geri İrəli

Sumqayıtda “Gənc ailə” layihəsinin təqdimatı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2013 • Baxış sayı: 174 dəfə • Şərh yoxdur

Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Gənc ailə” layihəsinin media nümayəndələri üçün təqdimat mərasimi keçirilib.

Təqdimatda gənc jurnalistlər və Sumqayıt şəhərinin aparıcı media qurumlarının rəhbərləri iştirak edib. Layihənin icraçısı Səbinə Məmmədova bildirib ki, layihə iki istiqaməti əhatə edir. Birinci istiqamət “Gəncaile.az” saytının yaradılması, ikinci istiqamət isə gənc ailələr üçün nəzərdə tutulmuş məlumat kitabçasının çap olunmasını nəzərdə tutur.

Tədbirdə çıxış edən qonaqlar qeyd ediblər ki, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsini ölkəmizdə mədəniyyətə, eyni zamanda gənclərə olan diqqətin nəticəsidir. Daha sonra hazırlanacaq sayt haqqında fikir mübadiləsi aparılıb, media nümayəndələri öz təkliflərini səsləndiriblər.

Qeyd edək ki, layihənin məqsədi gənc ailələrin məlumatlandırılması, maarifləndirilməsi və onların tez-tez üzləşdikləri problemlərin həllində onlara mütəxəssis tövsiyələrini çatdırmaqdır.

sumqayitxeber.com

tamasa

Facebook Şərhləndirmə:

Şərhinizi yazın