Menu
Geri İrəli

Sumqayıtda gənc hüquq müdafiəçilərinin toplantısı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2010 • Baxış sayı: 162 dəfə • Şərh yoxdur

Məqsəd onların sıralarını genişləndirmək və peşəkarlığını artırmaqdır

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin ofisində Sumqayıt şəhərində fəaliyyət göstərən gənc hüquq müdafiəçiləri ilə görüş keçirilmişdir. Bu görüşün təşəbbüskarı və təşkilatçısı hüquq müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi olmuşdur. Toplantının keçirilməsində əsas məqsəd hüquq müdafiəçiliyi fəaliyyətinin təbliği vasitəsi ilə gənclərin bu hərəkata daha geniş cəlb edilməsinə nail olmaq, artıq bu sahədə fəaliyyət göstərən gənc hüquq müdafiəçilərinin bilik və bacarıqlarının artmasına kömək etməkdir. Görüşdə insan hüquqlarının müdafiəsi ilə məşğul olan gənc hüquqşünaslar, vəkillər, jurnalistlər, blogerlər ilə yanaşı bu sahədə artıq böyük təcrübəsi olan hüquq müdafiəçiləri də iştirak edirdilər. Tədbirin aparıcıları Hüquq Marifçiliyi Cəmiyyətinin Sədri, Şəbəkənin ölkə üzrə koordinatoru İntiqam Əliyev, Şəbəkənin üzvü Əsabəli Mustafayev olmuşdular. Onların dediklərinə görə Şəbəkənin fəaliyyət planında ölkənin digər regionlarında bir neçə belə tədbirlərin keçirilməsi və sonda gənc hüquq müdafiəçilərinin ümumrespublika Forumunun təşkili nəzərdə tutulmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın