Menu
Geri İrəli

Sumqayıtda gənc konstruktorların sərgisi keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2009 • Baxış sayı: 275 dəfə • Şərh yoxdur

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Sumqayıt şəhərində gənc konstruktorların yaratdığı müxtəlif layihələrin sərgisini keçirməyi planlaşdırır. Bu barədə APA-ya KHVTİC Respublika Şurasından məlumat verilib. Sərgidə cəmiyyətin üzvü olan gənc konstruktorların hazırladıqları müxtəlif tip aviasiya, dəniz texnikaları, raket, avtomobil və s. texnologiyalarının modelləri nümayiş etdiriləcək. Qeyd edək ki, indiyədək KHVTİC tərəfindən Bakıda və Sumqayıtda analoji sərgilər təşkil olunub. Sərgilərdə nümayiş olunan bəzi texnikaların modelləri hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsalla bağlı öyrənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın