Menu
Geri İrəli

Sumqayıtda gənclərə “liderlik və təşkilati quruculuq” mövzusunda təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2013 • Baxış sayı: 199 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “liderlik və təşkilati quruculuq” mövzusunda iki günlük təlim keçirilib.
Layihənin koordinatoru İsmayıl Kərimov AzərTAc-a bildirib ki, “Sumqayıt şəhərində fəal gənclər və effektiv bələdiyyə xidmətləri” layihəsi çərçivəsində təşkil olunmuş təlimdə iştirak edən 25 gəncə liderliyin xüsusiyyətləri, komanda işi, idarəetmə modelləri və digər mövzularda biliklər interaktiv metodla aşılanıb.
Həmçinin “Yerli demokratiya həftəsi” çərçivəsində Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev təlim iştirakçıları ilə görüşmüşdür. Bələdiyyə sədri layihənin vətəndaş-bələdiyyə əlaqələri, habelə gənclərin bələdiyyələrin həyatında rolu baxımından əhəmiyyətini vurğulayaraq, yerli demokratiya həftəsinin mahiyyəti və habelə Sumqayıt bələdiyyəsinin fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Ə.Babayev bələdiyyə idarəçiliyində digər ölkələrin qabaqcıl təcrübəsindən faydalandıqlarını qeyd etmiş, bələdiyyənin beynəlxalq əlaqələri haqqında danışıb.
Daha sonra təlim iştirakçıları bələdiyyənin fəaliyyəti ilə bağlı sual və təkliflərinin səsləndirmişlər. Bələdiyyə sədri suallara cavab vermiş, təkliflərə münasibət bildirmişdir. Təkliflər əsasən bələdiyyələrin fəaliyyətinin işıqlandırılması, vətəndaşlarla münasibətlər, gənclərlə bağlı fəaliyyət, ekoloji və sosial problemlərin həllində gənclərin iştirakının artırılması ilə bağlı olub.
Layihə çərçivəsində növbəti təlim dekabrın 7-8 də “İctimai vəkillik” mövzusunda keçiriləcək.

ismayil

Facebook Şərhləndirmə:

Şərhinizi yazın