Menu
Geri İrəli

Sumqayıtda Gənclər Günü qeyd edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2012 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur
Share Button

Fevralın 2-də bayramlarını qeyd etmək üçün Nəriman Nərimanov adına Mədəniyyət Evinə toplaşmış Sumqayıt gənclərinə həmin gün tüğyan edən qasırğa da mane ola bilməmişdir. Sumqayıtı haqlı olaraq gənclər şəhəri adlandırırlar. Statistik məlumatlar da bunu təsdiq edir: şəhər əhalisinin 70 faizini uşaqlar, məktəblilər və gənclər təşkil edirlər. Ənənəyə görə, bu əlamətdar gündə şəhərin gəncləri ötən ilə yekun vururlar.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev zala toplaşanları Gənclər Günü münasibətilə təbrik etmişdir. O qeyd etmişdir ki, Azərbaycanın dinamik inkişafı, Sumqayıtın sürətlə dəyişən siması hər bir gəncdə iftixar hissi doğurur. Regionda inamla ön mövqe tutmuş respublikamızın müvəffəqiyyətlərinin əsasını qoymuş ümummilli lider Heydər Əliyev gənclər hərəkatının təşəkkülünə və inkişafına çox diqqət yetirirdi. E.Həbibullayev gənclər qurumlarının formalaşmasında, 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılmasında, habelə 1997-ci ildə Gənclər Gününün təsis edilməsində ulu öndər Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır. Onun sözlərinə görə, əlbəttə, bütün bunlar ölkədə Azərbaycanın inkişafına layiqli töhfə verən yeni nəslin formalaşmasına xidmət etmişdir. E.Həbibullayev demişdir: İdmançıların yüksək nailiyyətləri, elmi və yaradıcı gənclərin müvəffəqiyyətləri, ictimai-siyasi və sosial–iqtisadi həyatda onların fəal iştirakı bunun parlaq təzahürüdür. O, həmçinin Sumqayıt gənclərinin müxtəlif sahələrdə qazandıqları müvəffəqiyyətləri qeyd etmişdir. İcra hakimiyyəti başçısının müavini bildirmişdir ki, bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin gənclərin hərtərəfli inkişafı, onların istedadının üzə çıxarılması üçün əlverişli şərait yaradılmasına yönəldilən və müvəffəqiyyətlə həyata keçirilən gənclər siyasəti sayəsində mümkün olmuşdur.
Gənclər Gününə həsr edilmiş bayram tədbirində 20 nominasiya üzrə ən yaxşı gənclər təşkilatlarının, habelə fərdi nominasiyalarda gənclərin nümayəndələrinin mükafatlandırılması mərasimi olmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev yaradıcı gənclərin ən yaxşı nümayəndələrinə, şəhərin gənclər hərəkatı fəallarına nominasiya qaliblərinin plaketlərini təqdim etmişdir.
Tədbir Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin bədii özfəaliyyət kollektivlərinin, habelə gənc vokalçıların və xanəndələrin çıxışları ilə davam etmişdir. Ətrabə Rzayeva  AzərTAc

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın