Menu
Geri İrəli

Sumqayıtda Gənclər mərkəzinin açılışı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2011 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

Sumqayıt Gəncləri üçün “Fərdi İnkişaf və Karyera Mərkəzi” yaxın günlərdə istifadəyə veriləcək. Bunu SİA-ya mərkəzin rəhbəri Eyvaz Qocayev bildirib. O, mərkəzin açılmasında əsas məqsədi gənclərin asudə vaxtlarını səmərəli və mənalı keçirmək, müxtəlif mövzu ətrafında tədbirlər təşkil edərək, seminar və təlimlərin təşkili, gənclərin öz bilik və bacarıqlarını digər gənclərlə paylaşmasını təmin etmək, ictimai fəaliyyətlərlə gənclərin yaradıcılıqlarını üzə çıxartmaq, tələbə gənclərin təhsil aldıqları müddətdə öz peşə sahələri ilə bağlı inkişaflarının artırılmasına yardımçı olmaq və gənclərin maraq dairələrinə uyğun olaraq müxtəlif layihələrin həyata keçirilməsi olduğunu qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın