Menu
Geri İrəli

Sumqayıtda gənclər təşkilatlarının bacarıqlarını artırmaq yolları müzakirə olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2010 • Baxış sayı: 147 dəfə • Şərh yoxdur

12 sentyabr İREX-Sumqayıt İcma məlumat mərkəzində, FirstYouth.info web-portalının təşkilatçılığı ilə Gənclər üçün Təhsil Mərkəzinin(GTM) direktoru Vüsal Quliyevlə görüş keçirildi. Tədbiri giriş sözü ilə FirstYouth.info saytının baş redaktoru Orxan Səlimov və saytın təsisçilərindən olan Zaur Ağazadə açdı. Sonra söz GTM – in direktoru Vüsal Quliyevə verildi. Vüsal Quliyev görüş iştirakçılarına QHT- sektoru haqqında ilkin anlayışları və onun bu sahədə qazandığı təcürübəni gənclərə aşıladı.
Tədbirin keçirilməsində əsas məqsəd Sumqayıt şəhərində fəaliyyət göstərən və zəif təşkilatlanmış gənclər təşkilatlarının bacarıqları artırmaq yollarını müzakirə etmək, onların yeni ideyalarının həyata keçirilməsinə və gənclərin təşkilatlanmasına köməklik göstərməyin yollarını axtarmaqda idi.
Görüşdə əsasən Sumqayıtın bir çox Qeyri Hökümət Təşkilatlarının üzvləri və ali təhsil ocaqlarında təhsil alan tələbələr iştirak edirdi. İştirakçılar görüşdə qonağa bildirdilər ki , inkişaf tempi baxımından Sumqayıtda tələbə-gənclər təşkilatları qeyri-hökümət gənclər təşkilatlarından daha zəifdir. Görüşdə iştirak edən gənclər gələcəkdə də bu cür dəyirmi masaların keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.FirstYouth.info, Rəşad Mövsümov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın