Menu
Geri İrəli

Sumqayıtda “Gənclər və Dağlıq Qarabağ mövzusu” adlı layihənin təqdimatı oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2013 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

Humanitar Tədqiqatlar Cəmiyyətinin “Gənclər və Dağlıq Qarabağ mövzusu” adlı layihəsinin təqdimatı bu dəfə Sumqayıt şəhərində keçirildi. Təqdimat mərasimində işğal altında olan rayonların gəncləri iştirak etmişlər. Məcburi köçkün gəncləri maraqlandıran sualları cavablandırmaqla yanaşı Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov həmçinin bildirmişdir ki: “Azərbaycandan kənarda keçirilən tədbirlər zamanı Dağlıq Qarabağdan olan ekspertlərin və gənc iştirakçıların axtarılıb tapılması ciddi problemə çevrilidiyindən biz AR Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasına müraciət etdik. Şuranın ayırdığı maliyyə yardımı ilə 150 nəfər gənclə görüşüb münaqişə ilə bağlı biliklərimizi bölüşəcəyik. Eyni zamanda gənclərin millət vəkilləri, DQ Azərbaycanlı İcmasının nümayəndələri, politoloqlar və QHT nümayəndələri ilə görüşlərini təşkil edəcəyik”.

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov tədbir iştirakçılarına layihənin məqsədini də açıqlamışdır. Belə ki, Layihənin əsas məqsədi gənclər arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılması, əslən Dağlıq Qarabağdan və işğal olunmuş ərazilərdən olan gənclərin DQ münaqişəsi ilə məşğul olan ekspertlərlə görüşünün təşkil olunması, dəyirmi masa və internet televiziyanın imkanlarından istifadə edərək debatların keçirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşan layihə 2013-cü ilin aprel ayından fəaliyyətə başlamışdır. 5 ay müddətində Bakı, Sumqayıt, Gəncə, Bərdə və Ağcabədi rayonlarında məskunlaşan işğal olunmuş rayonlardan və əslən Dağlıq Qarabağdan olan gənclərlə də görüşlər keçiriləcək və DQ münaqişəsinin beynəlxalq səviyyəli tədbirlərdə təmsil olunması üçün imkanları araşdırılacaqdır.

Xatırladaq ki, Humanitar Tədqiqatlar Cəmiyyətinin “Gənclər və Dağlıq Qarabağ mövzusu” adlı layihəsinin ilk təqdimatı Baki Mətbuat Mərkəzində keçirilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın