Menu
Geri İrəli

Sumqayıtda “Gənc ailə” məlumat kitabçası çap olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2013 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Gənc ailə” layihəsi çərçiəsində “Gənc ailə” məlumat kitabçası çap olunub.

Layihə rəhbəri Səbinə Məmmədova bildirib ki, 500 tirajla çap olunan 128 səhifəlik məlumat kitabçasında əsasən sağlamlıq və psixoloji mövzularda materiallar toplanıb. Hazırda kitabça gənclər arasında paylanır. Layihə çərçivəsində hazırlanmalı olan “gencaile.az” saytı da artıq hazırdır”.

Qeyd edək ki, layihənin məqsədi gənc ailələrin məlumatlandırılması, maarifləndirilməsi və onların tez-tez üzləşdikləri problemlərin həllində onlara mütəxəssis tövsiyələrini çatdırmaqdır.

gencaile

Facebook Şərhləndirmə:

Şərhinizi yazın