Menu
Geri İrəli

Sumqayıtda gənc aşıqların konserti oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2014 • Baxış sayı: 427 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıtda  “Gənc Aşıq”  Musiqi Festivalı keçirilib.

Festival Nəriman Nərimanov adına mədəniyyət evində olub.Giriş sözü ilə tədbiri açıq elan edən   Layihənin rəhbəri  Lətafət Mürsəlova  Gənclər Fonduna,eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinə,Mədəniyyət və Turizm İdarəsinə,Təhsil şöbəsinəlayihənin reallaşmasında yardımçı olduqlarına görə minnətdarlığını bildirib. Lətafət Mürsəlova  layihənin məqsədi barədə mətbuata açıqlamasında deyib ki, “festivalın məqsədi  istedadlı gənc aşıqların həm üzə çıxarılması həm də onlara dəstək olmaqdır. Eyni zamanda mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaq idi”.

Festivalda gənc aşıq ifaçılarından Şəhriyar Kərimov,Elşən Qaraxanov Səbuhi Məmmədov Ceyhun Hüseynov eləcə də rəhbəri aşıq Sahib İsmiyev olan “Misri” və “Buta” qrupları və rəhbəri aşıq Elməddin Məmmədli olan “Pöhrə” aşıq ansamblı çıxış edib

genc asiq

Facebook Şərhləndirmə:

Şərhinizi yazın