Menu
Geri İrəli

Sumqayıtda “Gənc ekoloq” layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2014 • Baxış sayı: 459 dəfə • Şərh yoxdur

temizlik35Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənc ekoloq” layihəsi çərçivəsində Sumqayıtda təmizlik aksiyası keçirilib.

Tərəfdaş təşkilatlar olaraq ARDNŞ “Azərikimya” İstehsalat Birliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi, eləcə də media nümayəndələrinin də qatıldığı aksiyada Xəzərin Sumqayıt sahilinin bir hissəsi tullantılardan təmizlənib.

Layihə rəhbəri, “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov bildirib ki, aksiyanın məqsədi həm fiziki olaraq təmizliyə dəstək olmaq, həm də maarifləndirici-psixoloji mesaj vermək idi: “Ancaq tədbirlər bununla bitmir. Layihə çərçivəsində “Gənc ekoloq” dərgisi də çap olunacaq. Nəşrdə dövlətimizin ekologiya sahəsində gördüyü işlər, ekoloji maarifləndirmə ilə bağlı məlumatlar, bu sahə ilə bağlı qanunvericilik və s. əksini tapacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın