Menu
Geri İrəli

Sumqayıtda gənc rolik sürənlərin ənənəvi yarışı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2015 • Baxış sayı: 808 dəfə • 1 şərh

Sumqayıtda gənc rolik sürənlərin ənənəvi yarışı keçirilib.

1Şəhərin S.Vurğun küçəsində, Nəsimi heykəlinin ətrafında keçirilən yarışda Sumqayıt gəncləri öz rolik sürmək bacarıqlarını nümayiş etdiriblər. Sumqayıtlı gənclərdən ibarət rəqs qrupunun ifası və gənc rolik sürənlərin müxtəlif şou xarakterli hərəkətləri Nəsimi parkında istirahət edən və gəncləri izləmək üçün toplanmış sakinlərin böyük marağına səbəbinə olmuş və alqışlarla qarşılanıb.

Qeyd edək ki, son dövrlər Sumqayıtda gənclər arasında tez-tez keçirilən belə tədbirlər şəhər sakinləri tərəfindən xüsusi maraqla qarşılanır.

Facebook Şərhləndirmə:

“Sumqayıtda gənc rolik sürənlərin ənənəvi yarışı keçirildi” yazısına bir cavab

  1. Leyla deyir:

    Superdi he bu 7 neferin ustunnen kecen oglan lap superdi men hec vaxt eleye bilmezdim

Şərhinizi yazın