Menu
Geri İrəli

Sumqayıtda gənc xanımdan kömək müqabilində bədənini istədilər – DƏHŞƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2015 • Baxış sayı: 1,125 dəfə • Şərh yoxdur
Share Button

1434620168_37080“Tənha qadınların, övladlarını tək böyüdən gənc qadınların sayı artdığından hüquqları tapdalanan xanımların da sayı artmaqdadır. Onlar haqq-ədalət axtarmaq üçün müxtəlif orqan və təşkilatlara üz tuturlar. Dərdlərini söyləyib qarşı tərəfdən kömək, yardım gözləyirlər. Qarşı tərəf isə onlara kimsəsiz, aciz və istədiyini ala biləcək birisi kimi yanaşır. Sınan sınır, sınmayan isə ədaləti axtarmaqda davam edir. Adi bir insani münasibət gördüyü şəxsi ilahiləşdirir. Kişilərə qarşı nifrət, ikrah hissi o qədər güclü olur ki, hətta həqiqi hislərə belə inanmırlar.”

Bu sözləri Xeberle.com-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai birliyinin sədri Zenfira Mustafayeva deyib. Z. Mustafayeva qeyd edib ki, bəzən tənha qadınlar kömək axtardıqları zaman əxlaqsız təkliflərlə üzləşirlər:

“Sonuncu dəfə müraciət edən xanım xəstə övladı üçün kömək üçün müraciət etdiyi şəxslərdən əxlaqsız təklif alıb. Bu qadının gözəlliyini görüb müraciət etdiyi şəxslər kömək müqabilində əvəz istəyiblər. Yanımda hönkürtü ilə ağlayıb, balam əldən gedir, onlar isə məndən bədənimi əvəz istəyirlər. Bəs mən haqqı harada axtarım? Haram pul insanları vəhşi heyvana çevirib. Axı bu qadınlar da vətənimizin övladlarıdır. Onlara əl tutmaq, hüquqlarını bərpa etmək, dəstək olmaq borcumuzdur. Bir gənc xanım isə söyləyir ki, ərim mənə dedi ki, səndən doymuşam, uzun müddət eyni qadınla yaşasam cinsi hormonlarımda zəifləmə gedir. Və məni boşadı.”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın