Menu
Geri İrəli

Sumqayıtda gənclərlə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2014 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur

siaphoto_443320Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyevin rəhbərliyi ilə gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşü zamanı Asif İmaməliyev ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Sumqayıt ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb və gənclərə öz tövsiyyələrini verib.

Daha sonra YAP Sumqayıt şəhər Təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov Partiya rəhbərliyinin gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində həyata keçirilən layihələrdə xüsusi dəstək göstərməsi və YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin həyata keçirəcəyi layihə və tədbirlər barəsdində məlumat verib.

Görüşdə Sumqayıt Dövlət Universitetinin Gənclər Birliyinin sədri Səma Əsədova və Gənclər Birliyinin nümayəndələri görülən işlər və gələcək işlər barəsində məlumat vermişlər və gənclərin təklifləri dinlənilib.

Ceyhun Rasimoğlu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın