Menu
Geri İrəli

Sumqayıtda gender bərabərliyi mövzusunda seminar keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2013 • Baxış sayı: 229 dəfə • Şərh yoxdur

Bu gün BMT-nin təşkilatçılığı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Potensial Sumqayıt Mütəxəssislər Birliyinin ofisində Beynəlxalq Qadınlara qarşı zorakılığın aradan qaldırılması günü münasibət ilə “gender bərabərliyi ” mövzusunda təlim keçirilib.

Təlimdə BMT-nin ictimai informasiya departamentinin məsul əməkdaşı Zəka Quliyev ,Counterpart İnternational təşkilatında Qadın iştirakçılığı proqramının gender məsələləri üzrə mütəxəssisi Ülviyyə Məmmədova ,sumqayitxeber.com-un təsisçisi Eyvaz Qocayev, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin könüllüləri iştirak edib.

 Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək belə təlimin təşkil olunmasında əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.Təlim zamanı gender bərabərliyinin qorunması və qadınların səlahiyyətlərinin artırılması mövzusunda video nümayiş olundu.Dərhal sonra isə Counterpart İnternational təşkilatında Qadın iştirakçılığı proqramının gender məsələləri üzrə mütəxəssisi Ülviyyə Məmmədova milliliyin inkişaf məqsədləri haqda danışdı.Həmçinin məişət zorakılığı,gender bərabərliyi ,erkən nigah mövzularına aid sosial çarxlar nümayiş etdirildi.

Sevinc Manafova

potensial potensial54 potensial643

Facebook Şərhləndirmə:

Şərhinizi yazın