Menu
Geri İrəli

Sumqayıtda gender əsaslı zorakılıqla bağlı dəyirmi masa keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2014 • Baxış sayı: 593 dəfə • Şərh yoxdur

sos2

 “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası, BMT-nin Əhali Fondu və BMT-nin İnctimai İnformasiya Departamenti ilə birgə Sumqayıt şəhərində Reduco Təlim Tədris mərkəzində dəyirmi masa keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti, QHT nümayəndələri, təhsil işçiləri və gənclərin qatıldığı tədbirdə kampaniyanın məqsədi barəsində məlumat verilmiş və qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair ekspertlərin iştirakı ilə müzakirə keçirilib.
Tədbirin əsas məqsədi kampaniya çərçivəsində qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması və onunla mübarizə aparılması istiqamətində maarifləndirmə işlərinin aparılması və insanlar arasında məlumatlılığı artırmaqdır.
Tədbirdə “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının milli direktoru Sevinc İbrahimova, Sumqayıt şəhər İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Seyfəddin Rəhimov, BMT-nin Əhali Fondunun nümayəndəsi Bəhicə Əliyeva mövzuya dair çıxış etmiş və daha sonra interaktiv müzakirə keçirilib. Dəyirmi masada “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası tərəfindən həyata keçirilən Sumqayıt Ailələrə Dəstək Layihəsi haqqında məlumat verilib

sos3

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın