Menu
Geri İrəli

Sumqayıtda generel-mayorun yerinə vəzifəyə gətirilən şəxs məlum oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2013 • Baxış sayı: 304 dəfə • Şərh yoxdur

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilovun Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə işdən çıxarılması barədə məlumat vermişdik.

“Axar.az”a daxil olan qeyri-rəsmi məlumata görə, Ehiram Xəlilovun yerinə Tovuz rayon Gömrük Komitəsinin rəhbəri Vəzir Həsənov gətirilib.

Dövlət Gömrük İdarəsinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Bu arada Ehtiram Xəlilovun təyinatı barədə də məlumat yayılıb. “Aznews.az”ın xəbərinə görə, general-mayor Ehtiram Xəlilov Aksiz Gömrük İdarəsinin rəisi təyin edilib. Məlumat üçün bildirək ki, yeni təyinat əvvəlki görəvinə nisbətdə general-mayor üçün daha aşağı vəzifə sayılır.

- See more at: http://axar.az/news/807#sthash.nxsOUPtB.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın