Menu
Geri İrəli

Sumqayıtda günün günorta çağı itləri güllələyirlər

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2014 • Baxış sayı: 880 dəfə • 1 şərh

Nə vaxta qədər ölkəmizdə bu vəhşiliklər davam edəcək?!

Sumqayıtdan xoşagəlməz xəbər var.

Şəhərin mərkəzində İcra Hakimiyyəti binasının qarşısında bir nəfər sahibsiz itləri, küçüklərə belə yazığı gəlmədən güllələyir.

Mane olmaq istəyən insanları isə onları da vuracağı ilə hədələyib.

Xatırladaq ki, keçən il Azərbaycan Milli Məclisi “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə” qanun qəbul edib. Burada ev heyvanlarının saxlanılması, yedizdirilməsi, daşınması, eləcə də heyvanlara qarşı qəddarlığa görə cərimənin məbləğinin artırılması nəzərə alınıb. Əgər əvvəllər heyvanlarla qəddar davranışa görə 40 manat cərimə nəzərdə tutulurdusa, indi bu qanuna müvafiq olaraq məbləğ 500 manata qaldırıldı.

Maraqlıdır nə vaxta qədər ölkəmizdə bu vəhşiliklər davam edəcək?! Nəyə görə hakimiyyət belə halların qarşısını almaq üçün heç bir tədbir görmür?

2 3 it vurulur 1

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda günün günorta çağı itləri güllələyirlər” yazısına bir cavab

  1. mustafa deyir:

    yaxwi edir itleri vurur gerek kimise uwagini xesaret yesinlaer onan sonra tedbir gorulsun

Şərhinizi yazın