Menu
Geri İrəli

Sumqayıtda “Həyatın iki üzü” adlı sosial filmin təqdimat mərasimi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2012 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur
Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində “Həyatın iki üzü” adlı sosial filmin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində Sumqayıt şəhərinin aidiyyatı qurumları, Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının nümayəndələri, Qızıl Aypara Cəmiyyəti , Sumqayıt şəhər Hüseyn Ərəblinski adına Musiqili Dram Teatrının nümayəndələri, şəhərin bir sıra Qeyri-hökumət təşkilatları, şəhər ictimaiyyəti, ziyalı və valideynlər iştirak edib.
Tədbiri giriş nitqi ilə açan filmin quruluşçu rejissoru Ramin Sultan və ssenari müəllifi Rəşad Talehoğlu qeyd ediblər ki, xronometrajı 21 dəqiqə olan filmdə alkoqolizm xəstəliyindən əziyyət çəkən ailənin acı taleyindən və xoşbəxt ailənin müqayisəsindən bəhs olunur. Bildirilib ki, filmin ərsəyə gəlməsində yaradıcı heyətin əsas məqsədi cəmiyyəti maarifləndirmək, sosial problemləri göz önündə saxlamaq, gələcəyimiz olan gənc nəsli doğru yola istiqamətləndirmək eləcə də sosial problemlərin həllində az da olsa paya sahib olmaqdır. Qeyd olunub ki, yaradıcı heyət bu və digər bu kimi filmləri tamaşaçılara təqdim etməklə özünü hökumətin “Sosial iş” sahəsində həyata keçirdiyi daxili siyasətin tətbiqində yardımçı funksiyanı həyata keçirən qrup kimi görür.
Daha sonra digər çıxış edənlər filmin və Azərbaycan Respublikasının əməkdar rəssamı Mübariz Gəncəli, Xalq artisti, prezident təqaüdçüsü Valeh Kərimli, Xalq artisti Məzahir Süleymanov, Akademik Milli Dram teatrının quruluşçu rejissoru Rövşən Almuradlı və s. gənclərə bu yolda ilk addımlarını atdıqlarına görə dərin minnətdarlıqlarını bildirib və filmlə bağlı dəyərli fikirlərini onlarla bölüşüblər.
Sonda “Həyatın iki üzü” adlı sosial film qonaqlara təqdim olunub və bədii gecəyə, gənc müğənnilərin ifasında bir-birindən rəngarəng musiqilərlə yekun vurulub. Ceyhun Eyyubov
Facebook Şərhləndirmə:

Şərhinizi yazın