Menu
Geri İrəli

Sumqayıtda hansı mağazalarda keyfiyyətsiz mallar satılır?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2013 • Baxış sayı: 239 dəfə • Şərh yoxdur
Share Button

35, 9 ton ərzaq yandırıldı

keyfiyyetsiz

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  Suraxanı rayonunun Hövsan, Qaraçuxur  Əmircan, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində, Xətai rayonunun Gəncə prospektindəki mağazalarda yoxlamalar aparıb.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Sumqayıt şəhəri, 2-ci və 12-ci mikrorayon, 7, 8, 12 və 26-cı məhəllələrdə yerləşən mağazalar da yoxlanılıb. Aparılan yoxlamalar zamanı ümumilikdə 340 kilo istifadəyə yararsız ərzaq məhsulları satışdan çıxarılaraq yandırılıb.

Qurumdan qeyd edilir ki, bu ilin 8 ayında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 35,9 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılıb.

Jalə, Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın