Menu
Geri İrəli

Sumqayıtda hansı müəllimlər 5000 manat mükafat alacaq? – ADLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2015 • Baxış sayı: 1,440 dəfə • 5 şərh

muellim2Prezident İlham Əliyev “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə müəllimlər 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılacaqlar. Mükafatlandırılanlar sırasında Sumqayıt müəllimləri də var.

Belə ki, İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin Əhmədova Aliyə Fərman qızı, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın müəllimi Ramazanova Yeganə Sətdar qızı, 25 saylı orta məktəbin müəllimi Cəfərova Cəmalə Fərəməz qızı və 29 saylı məktəbin müəllimi Quliyeva Xəyalə Xeyrullah qızı bu mükafata layiq görülüblər.  Xeberle.com

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda hansı müəllimlər 5000 manat mükafat alacaq? – ADLAR” yazısına 5 cavab

  1. Rəhman Orxan deyir:

    Təbrik edirik! Ancaq nəyə görə yalnız qadın müəllimlər mükafatlandırılıb? Kişi müəllimlər içində bu mükafata layiq bir KİŞİ tapılmadımı? Axı, Sumqayıtın müəllimlər ordusunda bilik-tədris baxımından çox güclü və bacarıqlı, istedadlı müəllimlər az deyil, onlarladır. Bir nəfər də olsa kişi müəllimin bu siyahıya daxil edilməməsi qeyri-obyektivlikdən, kişilərə münasibətdə diskriminasiyadan başqa bir şey deyil. Kişi müəllimlər içərisində elələri var ki, həmin mükafata layiq görülmüş qadın müəllimlərə (müəllimələrə!) təcrübəli, səriştəli müəllim kimi hələ bu gün də dərs deyə bilər.

  2. Cəmalə Cəfərova deyir:

    Rəhman Orxan müəllim ! Əvvəla təbrikiniz üçün minnətdaram. Bir müəllim olaraq çox təəssüflənirəm ki, bu məsələ ilə bağlı ictimaiyyətdə qeyri-obyektiv fikirlər var. Mənə maraqlıdır ki, hansı kişi müəllimi öz sənədlərini STŞ-yə təqdim etdi və qəbul olunmadı. Müsabiqə üçün tələb olunan sənədləri təqdim edən istənilən müəllim ( cinsindən asılı olmayaraq) iştirak edə bilərdi. Və nəzərinizə çatdırım ki, qalibləri STŞ yox Təhsil Nazirliyinin nəzdində yaradılmış təşkilat komitəsi müəyyən edir. Və onu da qeyd edim ki, 100 nəfər qalibin 21 nəfəri kişi müəllimidir. Bunu da xüsusi qeyd edim ki, kişi müəllimlərinin əksəriyyəti bölgə müəllimləridir. Bizim inkişafımızı əngəlləyən ən böyük məsələ bilirsiniz nədir??? Başqasında qüsur axtarmaq. Ən azından bölgə müəllimləri qədər cəhd etsələr, bu siyahıda onların da adına rast gələrik. Həyəcanlı və eyni zamanda qürurverici anlar yaşadıq. Hər kəsə bu zirvəni fəth etməyi arzulayıram !!!

  3. Müşfiq İlyasov deyir:

    Hər kəsə salam.Mükafata layiq görülən bütün müəllimləri təbrik ediəm.Bu müsabiqənin obyektivliyinə qətiyyən şübhəm yoxdur.Çünki bu mükafata layiq görülənlərdən bir neçə müəllimin və xüsusən 4 il bir qrupda təhsil aldığım Yaşar Seyidəliyevin savad və təcrübəsinə şəxsən bələdəm.Qüsur axtarmağa gəldikdə isə,hər kəs buna öz nəfsindən başlarsa ortaya gözəl nəticələr çıxacağına inanıram.UĞURLAR…!

  4. SEVA deyir:

    EZIZ CEMALE XANIM. SENIN ELDE ETDIYIN NAILIYYETLERE GORE COX SEVINDIM. BIR SINIF YOLDASI VE KECMIS QONSU KIMI GEC DE OLSA TEBRIKLRIMI QEBUL ET. SENE YENI-YENI MUVEFFEQIYYETLER ARZU EDIREM.

  5. Xezer Universi muellim deyir:

    Hormetli Cemale xanim, Sizi tebrik edirem/ Allah daha yaxsi nealiyyetler nesib etsin.
    Arzumuz Sizi mekteb direktoru olaraq gormekdir. Sizin rehberliyiniz altinda inaniram ki, numunevi bir mekteb formalasacaqdir. Men bundan eminem, Bir daha ugurlar

Şərhinizi yazın