Menu
Geri İrəli

Sumqayıtda hansı restoranın əmlakı vergi borcuna görə siyahıya alınıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2013 • Baxış sayı: 221 dəfə • Şərh yoxdur


Vergi borcuna görə Sumqayıt şəhəri Nəsimi parkında yerləşən “Xəzərin sahilində” restoranının əmlakı siyahıya alınıb.

sumqayitxeber.com Vergilər Nazirliyinə istinadən xəbər verir ki, restoranın vergi borcu olub.

“Xəzərin sahilində” restoranının fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 2 398 manat məbləğində borcunun yarandığı müəyyən edilib.

Bu barədə vergi ödəyicisinə oktyabr ayının 25-də bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib.

Bu müddət bitdikdən sonra Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi restorandakı əmlakın siyahıya alınması haqqında  Qərar çıxarılıb və 2 400 manatlıq müxtəlif növ məişət avadanlığı müəyyən edilmiş qaydada  siyahıya alınıb.

vergi borcu

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın