Menu
Geri İrəli

Sumqayıtda hansı xəstəliklər daha çox yayılıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2015 • Baxış sayı: 782 dəfə • Şərh yoxdur

XEstexanaAzərbaycan vətəndaşları daha çox qeyri-infeksion xəstəliklərə yoluxur və ölüm faktları da bu zaman baş verir.

Səhiyyə Nazirliyi də qan dövranı sistemi (ürək-damar), tənəffüs orqanları, endokrin sistemi (şəkərli diabet), bədxassəli yeni törəmələrin (xərçəng şişləri) kimi xəstəliklərin üstünlük təşkil etdiyini açıqlayıb.

Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2014-cü ildə Azərbaycanda qan dövranı sistemi xəstəliklərinə 140433 nəfər, tənəffüs orqanları xəstəliklərinə 741198 nəfər, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntularına 51099 nəfər, yeni törəmələrə 11011 nəfər yoluxub.

Məlumatda bildirilir ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Tovuz, Sabirabad, Yevlax, Şəki, Ağdaş, Goranboy və Qobustan rayonlarında qan dövranı sisteminin xəstəliyi daha geniş yayılıb.

Tənəffüs orqanlarının xəstəliyinə isə daha çox yoluxanlar Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Masallı, Tovuz, Quba, Cəlilabad və Astara rayonlarındandır.

Naxçıvan, Sumqayıt, Mingəçevir, Bakı və Şirvan şəhərlərində, Quba, Qusar, Qax, Xızı, Göygöl və Neftçala rayonlarında endokrin sistemin xəstəliyi daha geniş yayılıb.

Yentörəmələrə isə Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində, Abşeron, Xaçmaz, Kürdəmir, Şəki, Ucar, Lənkəran və Qəbələ rayonlarında yoluxanlar üstünlük təşkil edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın