Menu
Geri İrəli

Sumqayıtda hazırlanan “20 yanvar” abidəsi Obelisk memarlıq abidəsini xatırladır

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2014 • Baxış sayı: 923 dəfə • Şərh yoxdur

Sumqayıtda maraqlı memarlıq forması

318422Son illər Sumqayıt şəhəri respublikamızın bütün bölgələri kimi yüksək sürətlə inkişaf edir. Geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Şəhərimizdə son illərdə çox uğurlu layihələr icra olunmuşdur. Hər il olduğu kimi 2014-cü ildə də Sumqayıt şəhərində bir çox layihələr gerçəkləşdirilir. Bunlardan Xocalı abidəsini və 20 yanvar abidə kompleksini göstərmək olar. Sumqayıt sakinləri dəfələrlə bu abidələrin yaradılması təklifi ilə çıxış etmişdir. Bu layihələr şəhər ictimaiyyətinin dəfələrlə müzakirəsinə çıxarılmış və bəyənilmişdir. Bu abidələr şəhidlər xiyabanının girəcəyində yaradılır. Artıq 20 yanvar abidəsi demək olar ki, hazırdır və tamamlanma işləri gedir.

Yüksək zövqlə tamamilə ağ mərmərdən hazırlanan 20 yanvar abidəsi Obelisk memarlıq abidəsini xatırladır. Qeyd etmək lazımdır ki, Obelisk qədim Misirdə memarlığının əsas elementlərindən biri olub atəşi simvolizə edib. Bundan Qədim Romada da istifadə olunub. Hazırda bu formada dünyanın demək olar ki, bir çox yerlərində abidələr ucaldılmışdır. Türkiyədə İstanbul şəhərində Göy məscidin ətrafında Obelisklər mövcuddur. Bakıda İstiqlaliyyət küçəsində də ucaldılan abidəni misal gətirmək olar.  İnanırıq ki, burada yaradılan kompleks şəhidlərimizin ruhuna böyük ehtiram əlaməti olmaqla yanaşı şəhərimizinn memarlıq görünüşünü daha da zənginləşdirəcəkdir.

istanbul-27

Facebook Şərhləndirmə:

Şərhinizi yazın