Menu
Geri İrəli

Sumqayıtda “Hər şey qələbə üçün” kitab-albomu təqdim olunub

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 1 Noyabr 2014 • Baxış sayı: 435 dəfə • Şərh yoxdur

Sumqayıt, 31 oktyabr, Ətrabə Rzayeva, AzərTAc
Sumqayıtın tarix muzeyində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hazırlanan “Hər şey qələbə üçün” kitab-albomunun təqdimatı keçirilib. Kitab ümummilli lider Heydər Əliyevin anadan olmasının 91–ci ildönümünə həsr olunub.
AzərTAc xəbər verir ki, mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quluyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi Natiq Qarayev çıxış edərək Ulu Öndərin ordu quruculuğu sahəsində əvəzsiz xidmətlərindən söz açıblar.
Bildirilib ki, ötən əsrin 70-ci illərində Heydər Əliyevin uzaqgörənliklə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi lisey Azərbaycanda peşəkar zabit ordusunun formalaşdırılmasında əhəmiyyətli rol oynayıb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin hərbçilərlə görüşünü əks etdirən foto və məqalələrin yer aldığı bu kitab gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq.
Sonda tədbir iştirakçılarına sözügedən kitab-albom paylanılıb və şəhərin bir qrup gənc fəallarına hərbi paradlardakı nümunəvi çıxışlarına görə hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
14147786464596246586_600x400 14147786462262542415_600x400 (1)
Facebook Şərhləndirmə:

Şərhinizi yazın