Menu
Geri İrəli

Sumqayitda hesabat konserti keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2016 • Baxış sayı: 309 dəfə • Şərh yoxdur

12714162_1563261450660335_410498139_n

Bu gün  Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində C.Cabbarlı adına mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin rəsm sərgisi və özfəaliyyət kollektivinin hesabat konserti keçirilib.

Konsertdə “Gənclik” instrumental ansamblının solistləri Pənah Məmmədov, Ravin Əliyev, Aqşin Mehmanoğlunun ifasında xalq və bəstəkar mahnıları, Azər Mikayılovun sazda ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Eləcə də, “Azəri” meyxana qrupunun, “Turan” rəqs qrupunun, “QOİUNPS” estrada qrupunun çıxışları böyük maraq doğurub.

Qeyd edək ki, Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov tədbirə qatılaraq həm rəsm sərgisini, həm də özfıəaliyyət kollektivinin çıxışını yaxından izləyib.

O çıxış edərək kollektivə maraqlı ifalarına görə razılığını və təşəkkürünü bildirib. O, qeyd edib ki, şəhərdə keçiriləcək daha iri miqyaslı tədbirlərdə iştirak etmək üçün özfəaliyyət kollektivlərinin sıraları genişləndirilməlidir. Xüsusilə rəqs kollektivlərinin üzvlərinin sayının artırılmasının vacibliyini vurğulayan idarə rəisi kollektivə fəaliyyətində uğurlar arzulayaraq, hər bir istedadlı gəncə dəstək verəcəyini bildirib.

12721822_1563261660660314_1721872481_n 12736411_1563262583993555_1337906377_n 12746293_1563262713993542_509865182_n 12746554_1563261637326983_141390410_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın