Menu
Geri İrəli

Sumqayıtda hesabat konserti keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2016 • Baxış sayı: 629 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin hesabat konserti keçirilib.
Konsertdə Şamil Kərimovun rəhbərliyi rəhbərlik etdiyi “Zəminxarə” ansamblının müşayiəti ilə “Şüştər” rəngi, Gülcənnət Həmzəyeva və Mehman Hüseynovun ifasında duet, solistlər Vüsalə Hüseynova, Aybəniz Əhmədova, Zaur Yusifli, Kamil Ağazadə, İlkin Əlizadə, Tünzalə Məmmədovanın ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, gənc aşıq Səbinə Hüseynovanın sazda ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdə rus nənələrindən ibarət “Veteran” xalq xorunun ifasında “Ay bəri bax” xalq mahnısı, “Elit” rəqs qrupunun ifasında “Xəzərim” rəqsi, “Tilsim” shou qrupunun janqlyoru Elşad Məmmədovun çıxışı, meyxanaçı Ədalət Dağlının ifasında Azərbaycan mədəniyyətini vəsf edən meyxana, Svetalana Aslanovanın ifasında hind mahnısı tədbirə rəngarənglik qatıb.
Sonda konserti tamaşaçılarla bərabər izləyən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edib. O, kollektivə maraqlı çıxışa görə təşəkkürünü bildirib. Qeyd edib ki, belə tədbirlərin sayını artırmaq lazımdır. Məhz bu kolletivlərin arasında şəhər və respublika səviyyəli tədbirlərdə bizi təmsil edəcək gənclər yetişməlidir. M.Şükürov Gənclər günü münasibətilə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən “İlin gənc mədəniyyət işçisi” fəxri adını almış Türkan Mahmudovanı (Şəhər Mədəniyyət Evinin “Veteran” xalq xorunun dirijoru) təbrik edərək bildirib ki, bu fakt bir daha sübut etdi ki, mədəniyyət sahəsində zəhməti olan, əməyi keçən və istedadlı, tədbirlərdə fəallığı ilə seçilən hər kəs şəhər rəhbərliyinin, xüsusilə icra başçısı Zakir Fərəcovun diqqəti və qayğısı ilə əhatə olunub: “Biz artıq bunun bariz nümunəsini gördük və bu etimadı doqrultmaq üçün əzmlə çalışmalıyıq.”
Sonda idarə rəisi hər bir istedadlı gəncə kömək etməyə hazır olduqunu bildirib və mədəniyyət işçilərini öz işlərində məsuliyyətli olmağa çağırıb.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

12642934_1559947687658378_5559462500512828499_n 12669658_1559947097658437_7019554275863152449_n 12687989_1559948010991679_7651969574329322153_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın