Menu
Geri İrəli

Sumqayıtda “Heydər Əliyev məfkurəsi” adlı dəyirmi masa keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2014 • Baxış sayı: 750 dəfə • Şərh yoxdur

elgin hebibullayevBu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə  Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev məfkurəsi” adlı dəyirmi masa  keçirilib.

Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev dəyirmi masanı açıq elan edərək Ümummilli liderin zəngin həyat və fəaliyyətindən bəhs edib, ulu öndərin zəngin dövlətçilik irsinin gənc nəsillər tərəfindən unudulmamasının mühüm tarixi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

Sumqayıt şəhər  Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt  şəhər təşkilatının  Gənclər Birliyinin sədri Elmar Məmmədov, Səhiyyə Şöbəsi nəzdində Gənc Təbiblər Şurasının sədri Gülbacı Məmmədova, 21 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmalə Cəfərova, Sumqayıt Dövlət Universitetinin  Tarix fakültəsinin dekan müavini Osman Hacıyev çıxış edərək  XX əsrin dünya şöhrətli dövlət və siyasi xadimi Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasından, Dövlət gənclər siyasətinin formalaşdırılaraq həyata keçirilməsindən söz açıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın