Menu
Geri İrəli

Sumqayıtda Heydər Əliyev Mərkəzində ilk nikah mərasimi – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2016 • Baxış sayı: 2,724 dəfə • 3 şərh

Sentyabrın 27-də Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri çərçivəsində açılışını etdiyi Heydər Əliyev Mərkəzində ilk nikah mərasimi keçirilib. sumqayitxeber.com nikah mərasimindən hazırlanmış videoreportajı təqdim edir:


Qeyd edək ki, parkın ərazisində ümumi sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli, hazırda toplaşdığımız Heydər Əliyev Mərkəzi inşa edilib. Bu möhtəşəm Mərkəz gənclərimizin daim toplaşacağı, öz maraqlarına uyğun məşğuliyyətlərini tapacağı məkana çevriləcək. Eyni zamanda, bu Mərkəz sumqayıtlı gənclərin vətənə sədaqət, torpağa sonsuz məhəbbət və vətənpərvərlik ruhunda tərbiyə olunmalarında müstəsna rol oynayacaq.

Mərkəzdə Ümummilli Liderimizin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey, 400 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompyuter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərəcək. Dərnəklərlə yanaşı, dördüncü mərtəbədə nikah mərasimləri zalı fəaliyyət göstərəcək. Burada ailə quran hər bir sumqayıtlı gənc üçün Ulu Öndərin həyat və fəaliyyəti bir örnək olacaq. Nikah və qeydiyyat idarəsi də bu binada yerləşdirilib və nikah bağlanması üçün bütün şərait yaradılıb.

nikah5 nikah

Facebook Şərhləndirmə:

“Sumqayıtda Heydər Əliyev Mərkəzində ilk nikah mərasimi – VİDEO” yazısına 3 cavab

  1. Tamella deyir:

    Adam lap yeniden evlenmeyi gelir))

  2. Samire deyir:

    Köhnə mərkəz fast food restoranlara oxsayırdı. Yeni mərkəzdə olmasam da fotolarından görünür ki, çox möhtəşəmdir.

  3. Gunel deyir:

    Subaylar üçün olsun))
    Çox gözəl

Şərhinizi yazın