Menu
Geri İrəli

Sumqayıtda Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri başlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2014 • Baxış sayı: 388 dəfə • Şərh yoxdur

Sumqayıtda Ulu öndərin xatirəsinə həsr edilən şahmat-dama turnirinə start verilmişdir

 Bu gün Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Sumqayıt Bələdiyyəsinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Şahmat-dama Məktəbində şəhərin məhəllə komitələri arasında şahmat və dama üzrə ənənəvi şəhər turnirinin təntənəli açılşı olmuşdur.

İlk öncə dahi rəhbərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın Dövlət himni səsləndirilmişdir. Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev tədbirin açılşında çıxış edərək, xalqımızın Ümummilli liderinin Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsində, ölkəmizin iqtisadi qüdrətinin və hərbi-sənaye gücünün artırılmasında, onun beynəlxalq nüfuzunun yüksəldilməsində, idmanın bütün sahələrinin inkişafında, gənclərimizin beynəlxalq idman yarışlarında, o cümlədən Olimpiya oyunlarında yüksək nəticələrə nail olmasında, bütövlükdə respublikamızda idmanın kütləviliyinin genişləndirilməsində misilsiz rolundan danışmışdır.

Qeyd edilmişdir ki, Azərbaycanda idmanın bir-çox növlərinin, o cümlədən onun stolüstü növlərindən olan şahmat va dama yarışlarında ölkə idmançılarının son illərdəki nailiyyətlərinin əsasında da Ulu öndərimiz və onun davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənc idmançılara göstərilən diqqət və qayğı, respublikamızın bütün bölgələrində yüksək idman uğurlarının təməli olan hərtərəfli  şəraitin, Olimpiya komplekslərinin yaradılması dayanır. Son illərdə Sumqayıtda da iki müasir idman kompleksi – Olimpiya və Paralimpiya kompleksləri idmançıların istifadəsinə verilmişdir.

Ə.Babayev Ulu öndərin Ad gününə həsr edilmiş şahmat-dama turnirini açıq elan etmiş və onun iştirakçılarına uğurlar arzulamışdır.

Tədbirdə Sumqayıt Bələdiyyəsi sədrinin müavini, Beynəlxalq dərəcəli qrossmeyster, qadınlar arasında dünya çempionu Zeynəb Məmmədyarova çıxış edərək, qeyd etmişdir ki, ənənəvi olaraq hər il Ulu öndərin Ad günü ərəfəsində keçirilən şəhər turniri, qazanılan uğurlar Sumqayıt gənclərinin dahi rəhbərin idmançılarımıza göstərdiyi diqqət və qayğıya görə minnətdarlığının, böyük ehtiramının ifadəsidir.

Sonra şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkilində mühüm əhəmiyyətə malik olmaqla 25 yaşdan yuxarı məhəllə sakinlərinin öz  qüvvə və bacarıqlarını sınayacaqları turnirə start verilmişdir.

Kişi və qadın idmançıların iştirak etdiyi turnir Beynəlıxalq Şahmat və Dama Federasiyalarının mövcud qaydalarına uyğun olaraq dairəvi sistem üzrə keçirilir. Yarışlara şahmat üzrə idman ustası İlqar Əliyev və Azərbaycanın əməkdar məşqçisi, dama üzrə Beynəlxalq dərəcəli hakim Ağasadıq Ağalarov hakimlik edirlər.

Yarışlarda yüksək nəticələrə nail olaraq, ilk üç yeri tutanlar turnirin qalibi elan olunacaq, Sumqayıt Bələdiyyəsinin pul mükafatları və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri-fərmanları ilə təltif ediləcəklər.

Turnir iki gün davam edəcəkdir.

 

Orxan Məmmədzadə

20140429_100357 20140429_101149 IMG-20140429-WA0022

Facebook Şərhləndirmə:

Şərhinizi yazın