Menu
Geri İrəli

Sumqayıtda Heydər parkın III hissəsi gələn il istifadəyə veriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2013 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur

466

“Sumqayıtın Heydər parkının ikinci hissəsi də artıq istifadəyə verilib. İstifadəyə verilən ərazi 20000 kvadratmetrdən çox ərazini əhatə edir. Parkın III hissəsinə gəldikdə isə bura  1 hektardan artıqdır ki, gələn ilin may ayına kimi istifadəyə verilməsi nəzərdə tutulur”.   Bu sözləri jurnalistlərə açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin  Mənzil Kommunal Təsərüffat İstehsalat Birliyinin rəisi Abid Əliyev bildirib. A.Əliyev  sözlərinə onu da əlavə edib ki, parkın  üçüncü hissəsində artıq iaşə obyektlərinin tikilməsinə də icazə verilib.

Qeyd edək ki, parkın ümumi ərazisi 7 hektar təşkil edir.

Xatırladaq ki, park 1999-cu ildə şəhərin 9-cu mkr ərazisində salınıb.  2003-cü ildən etibarən Ümummilli lider Heydər Əliyevin adını daşıyır.

Əhalinin istirahətini təmin etmək məqsədilə parkda  müxtəlif qurğulu yelləncəklər, mexaniki attraksionlar fəaliyyət göstərir.

Heydər parkı həmçinin mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzlərdən biridir

Xeberle.com

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın