Menu
Geri İrəli

Sumqayıtda hicablı tələbələr dərsə buraxılmadı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2014 • Baxış sayı: 2,060 dəfə • Şərh yoxdur
Share Button

79301

Yeni təhsil ilində 1-ci kursa başlamaq istəyən bir neçə hicablı tələbə bu gün Sumqayıt Dövlət Universitetinə daxil olsa da, universitet rəhbərliyi onları təhsil ocağına buraxmayıb. Nəticədə tələbələr universitetə daxil ola bilməyiblər. 

Bu barədə azadxeber.az saytına universitet işçiləri məlumat veriblər. Universitetin Humanitar Məsələlər Üzrə prorektoru Nizami Namazovl belə bir hadisənin baş verdiyini təqdiq edib. O, bildirib ki, I kurs tələbəsi olan 3 nəfər hicablı tələbəni dərsə buraxmayıb: “Həmin tələbələrlə söhbət zamanı onlara bildirdik ki, sizin şəxsiyyət vəsiqənizdəki fotonuz başı açıq olduğu kimi, universitetə də hicabsız gəlməlisiniz. Bizim universitet dünyavi bir təhsil ocağıdır və burada ilahiyyatla bağlı hər hansı dərs keçirilmir. Ona görə də, hicabla dərsə gəlmək olmaz. Düzdür ki, Azərbaycan bayrağının rənglərindən biri məhz islamla bağlıdır. Amma bu, o demək deyil ki, universitetə hicablı gəlməlisən. Bu baxımdan universitetə sivil qaydada geyinərək gəlmək lazımdır. Düzdür ki, ölkəmizdə belə bir qadağa yoxdur. Amma hər bir orta məktəbin və ya universitetin özünəməxsus geyim qaydaları olmalıdır”:

 

Prorektor bildirib ki, universitetə müasir formada geyinərək gəlmək, sadəcə olaraq, bir tələbdir: “Hicab özü dini geyimi göstərən bir amildir. Biz tələbələrimizə təklif edirik ki, universitetə hicabsız gəlsinlər. Yenə deyirəm ki, universitetimiz dünyavi elmləri tədris edən ali bir məktəbdir və tələbələrin hamısı müasir geyim formasında universitetə gəlməlidir.”

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın